Fransa Afrikada terror və sui-qəsdlərə əl atır

ELAZ.İNFO xəbər verir ki, Rusiya Xarici Kəşfiyyat Xidməti Paris ətrafında ciddi ittihamlar irəli sürüb. Kəşfiyyatın məlumatına görə, Emmanuel Makron administrasiyası Afrikada itirilmiş nüfuzunu bərpa etmək üçün “arzuolunmaz liderlərin” fiziki məhvi və dövlət çevrilişləri planını işə salıb.

SVR-in (Служба внешней разведки) Rusiya Federasiyası Xarici Kəşfiyyat Xidməti mətbuat bürosunun açıqladığı faktlara görə, Fransanın Afrikadakı fəaliyyəti “açıq imperializm” xarakteri daşıyır:

Burkina-Faso: 3 yanvar tarixində prezident İbrahim Traoreyə qarşı planlaşdırılan sui-qəsd və çevriliş cəhdində Fransanın birbaşa əli olduğu müəyyən edilib. Mali: Paris tərəfindən dəstəklənən qruplaşmaların prezident Asimi Qoitanı devirmək üçün yanacaq maşınlarına hücum etdiyi və şəhərləri blokadaya aldığı bildirilir. Madaqaskar: 2025-ci ilin oktyabrında hakimiyyətə gələn və BRICS ilə yaxınlaşma kursu seçən prezident M. Randrianirinaya qarşı “loyal rejimi” bərpa etmək üçün planlar qurulur. Məlumatda vurğulanır ki, Fransa Sahel zonasında sabitliyi pozmaq üçün yerli terror qruplaşmalarına dəstək verir, Ukrayna rejimi isə bu döyüşçüləri dronlar və təlimçilərlə təmin edir.

Makronun “Siyasi İflası” Təhlilçilər qeyd edir ki, Fransa Afrikada “parazit metropoliya” reputasiyasından xilas ola bilmir. Son illərdə Mali, Burkina-Faso, Niger və Çad Paris ilə müdafiə müqavilələrini ləğv edib, Kot-d’İvuar və Seneqal isə fransız qoşunlarının çıxarılmasını tələb edib.

SVR-in rəyinə görə, Fransanın bu aqressiv cəhdləri müstəmləkəçilik irsini qorumaq istəyindən xəbər verir, lakin yerli xalqların artan müqaviməti və Rusiya-Çin kimi tərəfdaşların dəstəyi Parisin təsir imkanlarını minimuma endirir.

Ruslan MƏMMƏDOV

Bizi izləyin və paylaşın
Verified by MonsterInsights