Avropanın qürubu-2
Əvvəli: https://elaz.info/avropa-abs-in-cətiri-altinda-45-il-parazit-kimi-yasadi/
…Bunun qarşısını almaq üçün ABŞ yenidən Avropanı Rusiyadan təcrid etməli idi. Xammalı olmayan Aİ xammalla zəngin olan ABŞ-la müqayisədə bütün hallarda uduzacaqdı. Həm də Avropanı çökdürməklə sənayesizləşmiş ABŞ öz sənayesini bərpa edə bilərdi. Beləliklə, Avropanın hökmü verildi: onu çökdürmək üçün 2 şey lazım idi:
![]()
![]()
![]()
![]()
Bundan sonra Aİ sürətlə tənəzzülə başladı. Aİ iqtisadiyyatının motoru – Almaniyada ardıcıl 3 ildir ki iqtisadi inkişaf 0%-ə yaxındır (saxtakarlıq etməsələr, hətta mənfidir). Avropa nəhəngləri – Fransa, Almaniya, Britaniya və İtaliyanın dövlət borcları ödəyə bilməyəcəkləri səviyyəyə qalxıb. Rusiya məğlub olmasa (bu artıq fantastik arzuya çevrilib), Avropanın axırı yoxdur.
Ən pisi isə budur ki, Avropanı bu dəfə xilas edən olmayacaq. Avropa liderlərini isterikaya salan da budur. II DM-dən sonra Avropanın dirçəlməsinə 2 amil kömək oldu:
![]()
![]()
![]()
![]()
İndi isə ABŞ-ın dünya sənaye istehsalında heç 10% də payı yoxdur. O vaxt ABŞ Avropanı sənayeləşdirirdisə, indi ABŞ Avropanın sayəsində (zavodların ABŞ-a köçürülməsi hesabına) sənayeləşmək istəyir. Aİ-də cəmi 500 milyona yaxın əhali yaşayır. Ən perspektivli bazarlar isə iqtisadiyyatı durmadan inkişaf edən əhalisi 3,5 milyarddan çox olan Hind-Sakit okean regionudur. İndi qlobal rəqabət məhz bu regiona nəzarət üstündə gedir.
Buna görə də ABŞ-ın yeni Milli Təhlükəsizlik Strategiyasında Aİ yalnız tənqid obyekti kimi qeyd olunur. Onun tərkibindən Avstriya, İtaliya, Macarıstan və Çexiyanın çıxarılması, başqa sözlə Aİ-nin parçalamaq prioritet kimi göstərilib. Tramp hakimiyyətə gələndən Aİ rəhbəri Ursula von der Lyayeni Ağ Evə dəvət etməyib.
Beləliklə, bu dəfə Avropa, həqiqətən də, qürub edir. Həm də Aİ özü də elə siyasət aparır ki, heç bir supergüc onu xilas etməkdə maraqlı deyil. Əksinə, hər biri (ABŞ, Çin, Rusiya), hətta özü pis gündə olan Britaniya da onu parçalamaqda maraqlıdır.
Asif ŞƏFƏQQƏTOV
Siyasi şərhçi


