Azərbaycanda sosial ödəniş alanların sayı açıqlanıb: Mart ayının statistikası

Ölkədə sosial müdafiə sisteminin əhatə dairəsi genişlənməkdə davam edir. 2026-cı ilin mart ayı üzrə təqaüd və müavinət alan şəxslərin sayı ilə bağlı rəsmi rəqəmlər məlum olub.

ELAZ.İNFO xəbər verir ki, cari ilin mart ayında ümumilikdə 885 774 nəfər aylıq sosial müavinət və təqaüdlə təmin edilib. İndi sosial ödənişlərin yalnız dar bir qrupu əhatə etdiyini düşünənlər bir məqama diqqət etsinlər ki, bu rəqəm ölkə əhalisinin mühüm bir hissəsinin dövlətin birbaşa maliyyə dəstəyi ilə əhatə olunduğunu və sosial təhlükəsizlik şəbəkəsinin gücləndirildiyini göstərir.

Statistik göstəricilərin bölgüsü beləidir: Aylıq sosial müavinət alanlar: 477 929 nəfər; Təqaüd alanlar: 407 845 nəfər. Qeyd edək ki, sosial müavinətlər və təqaüdlər müəyyən kateqoriyadan olan şəxslərə (əlilliyi olan şəxslər, yaşa görə müavinət alanlar, ailə başçısını itirənlər və s.) sosial risklərin kompensasiya edilməsi məqsədilə verilir. Ödənişlərin mütəmadi olaraq indeksləşdirilməsi və artırılması dövlətin sosial siyasətinin prioritet istiqamətlərindən biridir.

Ruslan Məmmədov

Bizi izləyin və paylaşın

Discover more from

Subscribe now to keep reading and get access to the full archive.

Continue reading

Verified by MonsterInsights