ELAZ.İNFO xəbər verir ki, Azərbaycanda avqustun 20-dən etibarən hava şəraitinin bəzi bölgələrdə dəyişəcəyi gözlənilir.
Milli Hidrometeorologiya Xidmətinin məlumatına əsasən, ayrı-ayrı ərazilərdə yağışın leysan xarakterli və intensiv olacağı, şimşək çaxacağı və dolu düşəcəyi ehtimal edilir.
Xüsusilə ölkənin bəzi şimal və qərb rayonlarında yağıntıların güclənəcəyi bildirilir.
Dağlıq ərazilərdə çaylarda sululuğun artması və bəzi çaylardan qısamüddətli sel keçməsi ehtimalı da var.
Paytaxtda isə avqustun 20-də hava şəraitinin əsasən isti olacağı, temperaturun 38 dərəcəyədək yüksələcəyi gözlənilir.
Günel GÜNTAC


