Azərbaycanda çay ixracı 23 faizdən çox artıb

Azərbaycanda çay ixracı 23 faizdən çox artıb

ELAZ.İNFO xəbər verir ki, Azərbaycanın çay ixracında artım qeydə alınıb.

2026-cı ilin yanvar-iyul aylarında ölkədən xarici bazarlara 531,33 ton çay ixrac edilib.

Bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 23,3 faiz çoxdur.

Çay ixracının artması Azərbaycanın qeyri-neft sektorunda kənd təsərrüfatı məhsullarının xarici bazarlara çıxarılması baxımından diqqət çəkən göstəricilərdən biridir.

İlahə  BAYINDIR

Bizi izləyin və paylaşın