ELAZ.İNFO, BAKI, 14.05.2025.
….Təəssüf ki, cəbhədən gətirilmiş Azərbaycan-türk millətindən və ümumiyyətlə, müsəlmanlardan ibarət ağır yaralıların müalicə olunduğu hospitallarda erməni millətindən olan rəislər, həkimlər və tibb bacılarının sayı az olmamışdı. Məsələn, 1543 N-li ən iri Seçmə-Köçürmə hospitalına 1943-cü ildən sonra 3-cü dərəcəli hərbi həkim Tumanyan rəhbərlik etmişdi. Ter-Teryan familiyalı başqa bir erməni isə həmin hospitalda baş cərrah vəzifəsinə irəli çəkilmişdi. Karapetyan familiyalı digər erməni də Böyük Vətən Müharibəsinin davam etdiyi bütün illər ərzində adı çəkilən hospitalın tibb rəisi vəzifəsində işləmişdi. Xoşagəlməz hallardan biri də o idi ki, Karapetyan 1543 N-li hospitalın Xırdalan Boşaltma Məntəqəsindən daşınan yaralıların müayinədən keçirilməsi üzrə həkim komissiyasının sədri idi.
Elə həmin Karapetyanın rəhbərliyi ilə Boşaltma Məntəqəsindən daşınan yaralıların bir qismi yoldaca dünyalarını dəyişmişdilər. Hospitalın apardığı işlərə dair geniş məzmunlu tarixi xülasədən aydın olur ki, Karapetyanın göndərdiyi həkim komissiya üzvlərinin tələbi ilə Xırdalandan şəhərə doğru piyada getməyə məcbur edilmiş ağır yaralılardan 79 nəfəri yolda vəfat etmişdilər. Bu murdar hərəkətlərinə görə Karapetyana verilmiş cəza barədə sənədlərdə heç bir məlumat yoxdur. Belə faktların sayını artırmaq da olar.
1946-cı ilin iyul ayı üçün əldə etdiyim arxiv məlumatına görə Azərbaycanda fəaliyyət göstərmiş 7 hospital rəisindən 3-ü erməni millətindən olan Babayan, Poqosov və Ter-Baraqamov olmuşdu.
Ümumiyyətlə, Azərbaycanda fəaliyyət göstərmiş cəmi 89 hosbital rəisindən 15-i erməni olmuşdu. Onların yaxın himayəsi sayəsində hosbitallarda işə cəlb olunmuş çoxsaylı erməni həkim, tibb bacısı və texniki xidmət işçiləri azərbaycanlılardan və müsəlmanlardan ibarət minlərlə yaralının taleyi ilə oynayırdılar.
Şahsuvar Haşımov,
Elm və Texnika Sənədləri Arxivinin direktoru