Dueldə ağır yaralanan böyük rus şairi A.S.Puşkin müayinədən sonra həkimdən soruşur:
-Mənə düzgün deyin, yaramın vəziyyəti necədir?
Həkim:
-Sizə deməliyəm ki, çox ağırdır.
Puşkin:
-Açığını deyin, öldürücüdürmü?
Həkim:
-Vəziyyəti olduğu kimi sizə deyəcəym, lakin bir qədər gözləməliyik, məsləhət üçün 2 nəfər həkim dəvət etmişəm, onların da rəyini bilməliyəm.
Həkimlərin müayinəsindən sonra Puşkin yenidən xahiş edir ki, ona vəziyyəti haqqında dəqiq məlumat versinlər, çünki təxirəsalınmaz işləri var. Vəziyyəti belə görən həkimlər böyük şairin arzusunun əleyhinə çıxa bilməyib, həqiqəti deməyə məcbur olurlar.
-Yaranız olduqca təhlükəli və ümidsizdir, sağalacağınıza demək olar ki, güman yoxdur.
Şair təşəkkür edir və onunla düzgün danışan həkimləri şərəfli, alicənab və vicdanlı insanlar kimi qiymətləndirir.
Dahi şairin ölümündən az qala 2 əsr bir vaxt keçməsinə baxmayaraq bu məsələdə həkimlərin düzgün hərəkət edib-etməmələri bu gün həkimlik, humanizm baxımından hələ də mübahisəlidir.
Aydan

