İmiṣlidə nə baș verir?

ELAZ.İNFO, BAKI, 13.05.2025.

Olaylara Imișlidə böyüyüb bașa çatmıș, çalıșmıṣ, deputatlığa 2 dəfə namizəd olmuș ictimai șəxs olaraq münasibət bildirməyi özünə borc hesab edirəm.
Imișlidə yaradılan “Ağsaqqallar Șurası” mandatına uyğun olmayan ictimai-siyasi tədbirlər keçirir,diqqəti sürətlə özünə cəlb edir.Sosial șəbəkələrdə dayanmadan aktivlik nümayiș etdirir.Və bu proseslər Imișlinin siyasi hakimiyyətinin gözü önündə baș verir!!
Șuranın bașına iș adamı Saleh Səmədov gətirilir.Onun bõyük biznes imperiyası var və bu da bəzilərinin diqqətini cəlb etməyə bilməzdi.
Son olay isə rayonda bir qrup oyunçunun hədəfə çatması üçün hazırladığı planın tərkib hissəsidir.
Nə baș verir?
1.Səmədov YAP üzvü olmasına baxmayaraq parlament seçkilərinə YAP-ın ikinci namizədi
kimi qatılır və sürətlə komandasını toplayır.Lakin son anda YAP-ın bir dairədən ikinci namizəd olduğu üçün namizədliyi geri götürülür.
2.Bunun ardınca onu YAP-ın qərargahında yığıncaq keçirib təntənəli surətdə Imiṣli “Agsaqqallar Ṣurasına” sədr təyin edirlər.
3.Səmədov dayanmadan kəndlərdə özəklər yaradır,təșkilatlanır və inanılmaz sayda “üzvlər” artırır.
4.Müxtəlif səpkili kütləvi aksiyalar keçirir və sosial șəbəkələrdə dayanmadan aktivləșir.
5.9 may öncəsi Imișlidəki özünə məxsus Kral sarayında rus icması ilə șadlıq məclisi qurur.Medallar paylayır.
6.Və nəhayət Imișlinin Sarıxanlı kəndində 9 may qələbə paradı keçirir və paradda SSRI bayrağı qaldırılır!
Elə əsas hədəf də budur. Saleh Səmədovun siyasi savadsızlığından istifadə edib,oyuna çəkirlər.Mənasız bir quruma sədr edib tuzağa salaraq əlindəki imkanları əlindən alaraq zəiflədirlər!
Hədəf mülklər və əmlaklardır. Onun Rus bağlılığını ictimailəșdirib,ölkə gündəminə gətirməklə müflis etməkdir!
Baxmayaraq ki, baș verənlər olduqca iyrəncdir və rus simvollarının Azərbaycana daṣınması separatizmdir, buna reaksiyalar mütləq olmalıdır.
Əslində suallar var:
1.Rayonda xeyli yașlı adam ola-ola niyə “Aĝsaqqallar șurası” adlı quruma nisbətən cavan Saleh Səmədov gətirilib?
2 Niyə bu qurum rayonda dayanmadan kütləvi tədbirlər keçirir?
3.Niyə 9 may paradı rayon mərkəzində deyil,Sarıxanlı kəndində baṣ tutur?
4.Niyə orada SSRI bayrağı qaldırılır və bu Səmədovu vurmaq üçün istifadə edilir?
5.Bayrağı qaldıran adam kimdir və bundan Səmədovun məlumatı öncədən var idimi?
6.Niyə baș verənlərə rayonun siyasi rəhbərliyi,deputatları susur?
7.Niyə Səmədov rayonda Gəclər, Mədəniyyət və Heydər Əliyev mərkəzləri ola-ola YAP-ın qərərgahında təntənəli iclaslar keçirir?
Bunların hamısı düșünûlmüș planın ardıcıllıqları deyilmi?
Bu suallara cavab aydınlașsa o zaman ictimaiyyət Imișlidə nə baṣ verdiyini və bunu kimlərin təșkil etdiyini anlayacaq!

Sosial Strateji Tədqiqatlar və Analitik Arașdırmalar Mərkəzinin rəhbəri
Ilqar Hüseynli

Bizi izləyin və paylaşın
Verified by MonsterInsights