Müharibə hər yerdə müharibədir. Ukraynada da, Qəzzada da.
ELAZ.İNFO.Təəssüf ki, hər iki ölkədə – o cümlədən Ukraynada hər gün onlarla, yüzlərlə insan dünyasını dəyişir. Rusiya hərbi hava qüvvələri tərəfindən hər gün Ukraynanın şəhərləri, kəndləri bombardmana məruz qalır, insanlar tələf olur, ehtiyac, zərurət sağ qalanların önündə beton çıxılmazlara dönür. Amma aclıq, xəstəlik, səfalət, məcburiyyət insanların inamını, ümidini sındırmır, vətənini, torpağını sevən ukraynalılar ciddi-cəhdlə işğalçıya qarşı dirənərək, özünün haqq işi uğrunda böyük ruh yüksəkliyi ilə mübarizə aparır. Bu ukraynalıların haqq işidir, onlar öz torpaqlarının azadlığı uğrunda işğalçı ölkə ilə -Rusiya ilə savaşırlar. Bu məqamda adamı bir nüans düşündürməyə bilmir; eyni dinə, eyni dilə mənsub olan bu iki ölkənin- xüsusilə Rusiyanın iddiası nədir? Niyə bu qədər günahsız insanın, körpələrin, qocaların, qadınların qanı axıdılır, şəhərlər, kəndlər xarabazarlığa çevrilir? Ölkənin hər yeri məzarlıqlardır. Bütün dünya Rusiyanı savaşı durdurmağa dəvət edir, amma Rusiya heç cür yola gəlmir. Nəyin iddiasıdır bu?
Bu arada, bu gün yenə Ukrayna zərbə, atəş altında idi. Krivoqy Roq şəhərinə ballestik raketlər buraxıldı, yenə insanlar öldü və müəssisələr dağıdıldı.
Xarkovun Kiyev rayonunda dron zərbələri çox mərtəbəli yaşayış evini bombaladı.
…Yenə atəş, yenə ölüm, yenə göz yaşı və kütləvi dağıntılar… Allah kömək olsun əziz Ukrayna!İ
lahə BAYINDIR