Sərin Gül Sadə: -“Eşq cənnətin elçisi, eşq düzlüyün sorağı”

Eşq Yaradanın qüdrətini göstərən həyati -fəlsəfi anlamlı, geniş həyati bir məfhumdur .
Eşqin idraki fəlsəfi aspekti, insanın könül sevgisinin həyat axtarışını gücləndirir.
Qəlbin ruhi dərinliyindəki hikmətin ecazkarlığına olan könül bağı, həyat eşqinin sağlam düçüncədəki üstünlüyünü bəlli edir.
Sərin gül Sadənin lirikasının həyat üfüqləri insanın mənəvi dünyasının ruhi-psixoloji halının duyarlılığını artırır.
..
Mən Eşqdən yaranmışam,
Yoğrulub Eşqlə canım..
Göy buludlar üzündə,
Görünür, Söz məkanım!
Eşq bağının Gülüyəm,
Şüşəni- sünbülüyəm.
Dilim, eşqin dilidi,
Oxuyan bülbülüyə !
….
Eşqin həyati – psixioloji məfhum kimi ictimai məzmunu, həmişə insanın ruh dünyasının açarıdır.
Həyati sevginin diriliyi , Eşqin İlahi nuru ilə birləşəndə ruhun ağrı-acısı unudulur.
Könül sevgisinin həyat axtarışının ülviyyəti, insan ruhunun həyati istəyini kəşf etdirir insana.
Sərin Gül Sadə nin lirikasının həyati kreativliyi fikir duyğusallığının ictimai-ruhi xarakterini üzə çıxardır..
Eşqin, Xanı – Sultanı,
Qulu- kənizi, mənəm.
Eşqə könlünü verən, –
“Kəs”in, əzizi mənəm!
Eşq, inamdı-ilhamdı,
O, həkimdi-loğmandı..
Zərif , billur şüşədi,
Toxunnayın amand !
Eşqin həyati -idraki dərki, insanın özünüdərki ilə müşahidə olunur
Qəlb evinin həyat işığı, Eşqin həyat şəffaflığını ifadə etməsi ilə bağlıdır.
Insanın özünə qayıdışı, eşqin həyat ruhunun könül dayanışması ilə seçilir.
Sərin Gül Sadə nin lirikasının düşündürücü tərəfi, insanın mənəvi aləmini kəşf etdirir insan .
..
Eşq uca məqamdı,
Dərin , dünya ümnandı .
Eşq çiçəkli bahardı,
Gah qasırğa tufandı!
Eşq dünyanın dayağı,
Səadətin çırağı..
Eşq cənnətin Elçisi,
Eşq düzlüyün sorağ !
….
Sərin Gül Sadə nin lirikası, həyatın könül lirikası kimi , daima həyatın dəyərini ortaya qoyur.
Sərin Gül Sadə nin lirikası, özünün idraki-ruhi düçüncədəki üstünlüyü ilə könüllərə daşıyır həyat sirlərini.
Sərin Gül Sadə nin lirikası, Zamanın həyat dəyişimində, insan ruhunun həyati istəyini doğrulayır.
Şairənin lirikasının əsasını, insan hisslərinin həyat dolğunluğunu əks etdirməklə, insan qəlbinin ruhi həyat eşqini üzə çıxarmaqdır.
….
Eşq, “Haqq”ın qapısıdı,
Həm “Dirilik suyu”du..
Eşqsiz , bu dünyamız da ,
Qaranlıq bir quyud !
Eşqsiz adam, dünyada,
Ruhsuz -caşşnsız daşdı, bil..
Bu dünyanın öz də,
Eşqsiz -vuran boşdu, bil!
…..
Lirikanın həyat ruhu, insan hisslərinin həyat ülviliyini moralizə edir .
Duyğuların həyat tablosu, insani münasibətlərin həyati dəyərini açıqlayır.
İnsan duyğularının ahəngini yaradan, könül sevgisinin həyat işığıdır.
Sərin Gül Sadə nin lirikası, daima həyatın fəlsəfi- psixoloji halının dəyişimini öz lakonikliyi ilə könüllərə daşıyır.
.
Aşiqlərdə bil, “ülfət”,
Cana -ruha qanaddı..
Dolaşan xəyallarım,
Möcüzələr yaratdı!
S a d ə nin, gözlərində, –
Eşqsiz heçdir, bu həyat..
Saf Eşqdən-sevgidən ,
Qüvvət alır, “k a i n a t!”
….
Söz dünyası, insanlığın fikir dünyasının həyat aynasıdır.
Söz dünyası , insanlığın dərdlərinin ocağını alovlandırır.
Söz dünyası, bəşəri varlığın həyati duyğularını riqqətə gətirir.
Fikir dünyasının həyat açarı düşüncənin həyati sorğulanması ilə özünün idraki-ruhi üstünlüyünü bəlli edir
İnsanlığın dərdlərinin ocağını alovlandırmaq, insan hisslərinin həyat dolğunluğu özünə inamını təsdiq edir.
Həyati duyğuların izharı, insanın yaşam döngüsünün həyat ehtişamını üzə çıxardır.
Sərin Gül Sadə nin poeziyasının ictimai xarakteri və istəklərinin qayəsi , Sözün azad ruhunun sevgi ilə izharıdır.
Şairənin poeziyasının həyat məntiqi, öz təbiiliyi və həyat məntiqi ilə oxucunu qayğılandırır daima..
Uğurlar arzulayıram Şairə xanıma.
Nəsib ABİD

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Verified by MonsterInsights