Gəncədə qanlı olay:

Gəncədə qanlı olay: 65 yaşlı kişi bıçaqlanaraq öldürüldü

ELAZ.İNFO xəbər verir ki, Gəncə şəhərində baş verən ağır cinayət hadisəsi ilə bağlı şübhəli şəxs saxlanılıb.

Hadisə şəhərdə “2705 dairəsi” kimi tanınan ərazidə baş verib.

1961-ci il təvəllüdlü M.Musayev bıçaq xəsarətləri ilə xəstəxanaya çatdırılıb. Həkimlərin göstərdiyi tibbi yardıma baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.

Hadisədən dərhal sonra hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən əməliyyat-istintaq tədbirlərinə başlanılıb. Keçirilən tədbirlər nəticəsində cinayəti törətməkdə şübhəli bilinən 66 yaşlı Nizami İskəndərov saxlanılıb.

Hazırda hadisənin hansı səbəbdən baş verdiyi araşdırılır. Cinayətin motivi və tərəflər arasındakı münasibətlərin istintaq zamanı dəqiqləşdiriləcəyi gözlənilir.

Faktla bağlı araşdırma aparılır.

İslam MAHMUDOV

Bizi izləyin və paylaşın