Şimali Kiprdə gəmi faciəsi:

Şimali Kiprdə gəmi faciəsi: ölənlər və itkinlər var, azərbaycanlılar xilas edilib

ELAZ.İNFO xəbər verir ki, Şimali Kipr sahillərində sərnişin gəmisinin qəzaya uğraması nəticəsində ölən və itkin düşənlərin sayı ilə bağlı axtarış-xilasetmə əməliyyatı davam edir.

Hadisə Girnə ilə Türkiyənin Taşucu limanı arasındakı marşrutda baş verib. Gəminin su alaraq çevrilməsi nəticəsində çoxsaylı sərnişin dənizə düşüb.

Son məlumatlara görə, qəza nəticəsində 8 nəfər həyatını itirib, 237 nəfər isə xilas edilib. Xilas edilənlər arasında Azərbaycan vətəndaşlarının da olduğu bildirilir.

Gəmidə olan dörd Azərbaycan vətəndaşı — iki sərnişin və iki ekipaj üzvü — xilas olunub.

Hadisədən sonra itkin düşən şəxslərin tapılması istiqamətində əməliyyat genişləndirilib. Türkiyə axtarış-xilasetmə işlərinə hava və dəniz vasitələri ilə dəstək göstərir.

Şimali Kipr rəhbərliyi faciə ilə əlaqədar üçgünlük milli matəm elan edib.

Hazırda əsas diqqət itkin şəxslərin taleyinin müəyyənləşdirilməsinə və qəzanın səbəblərinin araşdırılmasına yönəlib.

Bizi izləyin və paylaşın