OPEC 2026-cı il üçün qlobal neft tələbatı artımı proqnozunu yenidən azaltdı

Azərbaycan nefti 93 dollara yaxınlaşdı

ELAZ.İNFO xəbər verir ki, dünya enerji bazarında yaşanan son proseslər Azərbaycan neftinin qiymətinə də təsirsiz ötüşməyib.

“Azeri Light” markalı neftin bir barelinin qiyməti son göstəricilərə əsasən 92,89 dollara yüksəlib.

APA-nın məlumatına görə, Azərbaycan nefti əvvəlki göstərici ilə müqayisədə 0,58 dollar və ya 0,63 faiz bahalaşıb.

Qiymət artımının əsas səbəblərindən biri Yaxın Şərqdə ABŞ və İran arasında davam edən qarşıdurmanın enerji təchizatı ilə bağlı riskləri artırmasıdır.

Xüsusilə Hörmüz boğazında vəziyyətin gərginləşməsi bazar iştirakçılarını narahat edir. Reuters-in məlumatına görə, Brent markalı neftin qiyməti də 90 dollar həddini keçib.

Azərbaycan üçün neft qiymətlərindəki dəyişiklik xüsusi əhəmiyyət daşıyır. Çünki enerji sektorunda qiymətlərin yüksəlməsi ölkənin ixrac gəlirlərinə və valyuta daxilolmalarına təsir edən əsas amillərdən biridir.

Bununla belə, bazardakı vəziyyətin nə qədər davam edəcəyi əsasən Yaxın Şərqdə hərbi-siyasi proseslərin bundan sonrakı inkişafından asılı olacaq.

Bizi izləyin və paylaşın