ELAZ.İNFO xəbər verir ki, Nepalda buzlaq çökməsinin ardından başlayan dağıdıcı daşqınlar ölkədə ağır humanitar vəziyyət yaradıb.
Son məlumatlara əsasən, təbii fəlakət nəticəsində ölənlərin sayı 900-ü ötüb. Daşqınların yaratdığı dağıntılar xüsusilə dağlıq ərazilərdə xilasetmə işlərini çətinləşdirir.
Bir sıra hidroenerji obyektlərində işçilərin tunellərdə qaldığı bildirilir. Xilasetmə qrupları palçıq və qaya parçaları ilə dolmuş tunellərə çatmağa çalışır.
Əməliyyatlara minlərlə hərbçi, xilasedici və könüllü cəlb olunub. Çin və Hindistan da axtarış-xilasetmə işlərinə dəstək verir.
Günel GÜNTAC


