Xaçmaz yolunda ağır qəza

Xaçmaz yolunda ağır qəza: 24 yaşlı gənc öldü, 5 nəfər yaralandı

ELAZ.İNFO xəbər verir ki, Xaçmaz rayonunda baş verən ağır yol-nəqliyyat hadisəsi ölümlə nəticələnib.

Qəza Bakı–Quba–Rusiya dövlət sərhədi istiqamətində olan ödənişli avtomobil yolunun Xaçmaz rayonundan keçən hissəsində qeydə alınıb.

Məlumata görə, “BMW-X6” markalı avtomobil hərəkətdə olarkən idarəetmədən çıxaraq yol kənarındakı çinar ağacına çırpılıb. Zərbənin təsiri nəticəsində avtomobildə olan şəxslərdən biri hadisə yerində həyatını itirib.

Qəzada avtomobildə olan 2002-ci il təvəllüdlü Eltun Elşən oğlu Əskərovun öldüyü müəyyənləşib.

Avtomobildəki digər beş nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Yaralılar hadisə yerinə çağırılan təcili tibbi yardım briqadalarının köməyi ilə xəstəxanaya yerləşdiriliblər.

Hadisənin hansı səbəbdən baş verdiyi, avtomobilin nə üçün idarəetmədən çıxması və qəza zamanı digər amillərin olub-olmaması araşdırılır.

Faktla bağlı müvafiq araşdırma aparılır.

İslam MAHMUDOV

Bizi izləyin və paylaşın