ELAZ.İNFO xəbər verir ki, müəllimlərin təkrar sertifikatlaşdırılması prosesində növbəti mərhələyə start verilir.
Təhsilverənlərin təkrar sertifikatlaşdırılması üzrə müsahibə mərhələsinin sentyabrın 2-dən etibarən keçirilməsi nəzərdə tutulur.
Prosesdə iştirak edəcək müəllimlər üçün müsahibənin keçiriləcəyi tarix və ünvan artıq şəxsi kabinetlərə göndərilib. Namizədlər öz hesablarına daxil olaraq imtahanın vaxtı və keçirilmə məkanı ilə bağlı məlumatları görə bilərlər.
Sertifikatlaşdırmanın nəticəsi müəllimlərin əməkhaqqına da birbaşa təsir göstərəcək. Test mərhələsində müəyyən edilmiş keçid balını toplayan və müsahibədən uğurla keçən müəllimlər üçün əməkhaqqına 10 faiz əlavə, testdən 51 və daha yüksək bal əldə edənlər üçün isə 35 faiz əlavə nəzərdə tutulur.
Beləliklə, qarşıdakı mərhələ yalnız peşəkar qiymətləndirmə baxımından deyil, müəllimlərin gəlirlərinə təsiri baxımından da mühüm əhəmiyyət daşıyır.
İlahə BAYINDIR


