Azərbaycanın stolüstü tennisçisi Fransada qızıl medal qazanıb

Azərbaycanın stolüstü tennisçisi Fransada qızıl medal qazanıb

ELAZ.İNFO xəbər verir ki, Azərbaycan idmançısı Mehin Mirzəbalayeva Fransada keçirilən beynəlxalq yarışda yüksək nəticə əldə edib.

Gənc stolüstü tennisçi Strasburqda təşkil olunan “Euro Mini Champs-2026” turnirində fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.

Qələbə Azərbaycan stolüstü tennisinin beynəlxalq yarışlarda əldə etdiyi diqqətçəkən nəticələrdən biri kimi qiymətləndirilir.

Mirzəbalayevanın uğuru Azərbaycan idmanında gənc nəslin beynəlxalq arenada nəticə göstərməsi baxımından da əhəmiyyətlidir.

Günel GÜNTAC

Bizi izləyin və paylaşın