Apple-da rəhbərlik dəyişikliyi gündəmdədir

Apple-da rəhbərlik dəyişikliyi gündəmdədir

ELAZ.İNFO xəbər verir ki, Apple şirkətində rəhbər heyətində yaxın illərdə geniş dəyişikliklərin baş verə biləcəyi barədə məlumat yayılıb.

Məlumata görə, Con Ternusun sentyabrın 1-dən şirkətin baş direktoru vəzifəsini icra etməyə başlamasından sonra rəhbər strukturunda yeni dəyişikliklərin gündəmə gəlməsi gözlənilir.

Apple kimi qlobal texnologiya şirkətində rəhbər səviyyəsində dəyişiklik ehtimalı investorların və texnologiya bazarının diqqətindədir.

Şirkətin gələcək strategiyasının yeni idarəetmə komandası ilə necə formalaşacağı əsas suallardan biri olacaq.

İslam MAHMUDOV

Bizi izləyin və paylaşın