Tahir Əmiraslanov sahibsiz itlərlə bağlı narazılığını bildirib

25.08.2026

ELAZ.İNFO xəbər verir ki, tanınmış kulinariya mütəxəssisi Tahir Əmiraslanov sosial şəbəkə hesabında Hövsanda sahibsiz itlərin çoxalması və bunun yaratdığı problemlərlə bağlı paylaşım edib.

T.Əmiraslanov bildirib ki, yay aylarında Hövsanda, kondisionerlərlə bağlı ərazidə qalır və küçələrdə, eləcə də dənizkənarı ərazilərdə çox sayda sahibsiz itlə qarşılaşır.

O, bəzi itlərin qulağında nişanların olduğunu da qeyd edib.

“ Mən uşaqlıqdan kənddə böyümüşəm. Bizdə it həyətdə olardı. Küçədə və evin içində it olmurdu”, – deyə Tahir Əmiraslanov yazıb.

Kulinariya mütəxəssisi iki il əvvəl Bodrumda da küçə itlərinin çox olduğunu müşahidə etdiyini bildirib. Onun sözlərinə görə, həm Bodrumda, həm də Hövsanda küçələrdə itlərin nəcisinin olması ciddi narahatlıq yaradır.

Əmiraslanov gecələr sahibsiz itlərin səs-küyündən də şikayətlənib:

“Gecələr də tez-tez konsert verirlər”.

O, Avropanın müxtəlif bölgələrində küçə itləri və onların yaratdığı çirklənmə ilə bağlı belə mənzərələr görmədiyini vurğulayıb və bu sahədə yanaşmaların necə tənzimləndiyini soruşub.

“Mən insanları itlərdən çox sevirəm”, – deyə T.Əmiraslanov qeyd edib.

O, heyvanların qorunması ilə məşğul olan təşkilatlarla yanaşı, insanların təhlükəsizliyi və rahatlığı ilə bağlı fəaliyyət göstərən qurumların da mövqeyini eşitmək istədiyini bildirib.

“İti, pişiyi və s. qoruyan təşkilatlarla bərabər, insanları qoruyan təşkilatlar da varsa, onları eşitmək, duymaq, görmək, qayğılarını hiss etmək istəyirəm”, – deyə o əlavə edib.

Tahir Əmiraslanov paylaşımının sonunda məsələyə münasibətini sual formasında ifadə edib:

“Yoxsa hərdən düşünürəm ki, canlıların əşrəfi bizəmi deyilib?”

İlahə BAYINDIR

Bizi izləyin və paylaşın
👁2