Andrey Maroçko Slavyansk və Kramatorskun “Ruh Şəhərlərə” Çevrildiyini Bildirib

Hərbi ekspert Andrey Maroçko Donetsk vilayətində Ukrayna Silahlı Qüvvələrinin nəzarətində olan Slavyansk, Kramatorsk və Drujkovka şəhərlərinin “ruh şəhərlərə” çevrildiyini iddia edib.

ELAZ.İNFO xəbər verir ki, ekspert açıqlamasında həmin yaşayış məntəqələrində mülki fəallığın praktiki olaraq müşahidə olunmadığını bildirib. Maroçkonun sözlərinə görə, Ukrayna hərbçiləri təhlükəsizliyi təmin etmək üçün bütün mülki infrastrukturlardan hərbi məqsədlərlə istifadə edirlər. O, bu addımın mülki obyektlərdən hərbi məqsədlər üçün istifadəni qadağan edən beynəlxalq humanitar hüquq normalarına zidd olduğunu vurğulayıb. Qeyd edək ki, Slavyansk-Kramatorsk aqlomerasiyası bölgədəki mühüm nəqliyyat və logistika qovşaqlarından biridir.

Ruslan MƏMMƏDOV

Bizi izləyin və paylaşın