.ELAZ.İNFO xəbər verir ki, Azərbaycandan Gürcüstana istiqamətlənən yük qatarının Tovuz stansiyası ərazisində bir vaqonunda yanğın hadisəsi baş verib.
İlkin məlumata görə, 42 vaqondan ibarət qatarın 36-cı vaqonunda daşınan təxminən 70 ton kükürd tozunda tüstülənmə qeydə alınıb.
Hadisə ilə bağlı aidiyyəti qurumların əməkdaşları tərəfindən tədbirlər görülüb.
Yanğının başvermə səbəbləri və hadisənin yükdaşımaların hərəkətinə təsiri ilə bağlı əlavə məlumat veriləcəyi gözlənilir.
Günel GÜNTAC


