Rospotrebnadzorun Mərkəzi Elmi-Tədqiqat Epidemiologiya İnstitutunun mütəxəssisləri Rusiyada ilk dəfə Hepatit E virusunun (HEV) DNT/RNT-sini müəyyən edən yüksək həssaslığa malik yerli test sistemini hazırlayıb və qeydiyyatdan keçiriblər.
ELAZ.İNFO xəbər verir ki, PZR (PCR) metodu ilə işləyən yeni test reaktivləri kompleksi artıq istehsalata buraxılıb.Yeni sistemin əsas üstünlükləri və texniki imkanları bunlardır: Test sistemi xəstəliyin ilk klinik əlamətləri ortaya çıxmazdan 7–10 gün əvvəl, həmçinin orqanizmdə spesifik antitellər hələ formalaşmadığı dövrdə virusun RNT-sini aşkar etməyə imkan verir. Standart seroloji testlərin (antitellərin təyini) yalançı-mənfiyə doğru nəticə verə bildiyi erkən mərhələlərdə xəstəliyi dəqiq müəyyən edir. Simptomsuz xəstələri və gizli infeksiya mənbələrini vaxtında müəyyənləşdirməyə, habelə donor qanının daha effektiv skrininqinə imkan yaradır. Test vasitəsilə səthlərdən götürülən yaxmaları, qida məhsullarını və müxtəlif kateqoriyalı su nümunələrini də tədqiq etmək mümkündür ki, bu da infeksiyanın yayılmasının qarşısını vaxtında almağa kömək edir. Rospotrebnadzordan bildirilib ki, işlənib hazırlanmış bu test sistemi tam olaraq yerli istehsal məhsuludur.
Ruslan MƏMMƏDOV


