Bu rayonlarda işıq olmayacaq

Bu rayonlarda işıq olmayacaq – Sakinlərə XƏBƏRDARLIQ

Avqustun 13-də Ağdaş, Göyçay və Yevlax rayonlarının bəzi ərazilərində elektrik enerjisinin verilişində fasilə yaranacaq.

ELAZ.İNFO xəbər verir ki, bu barədə “Azərişıq” ASC məlumat yayıb. Məlumata görə, fasilələr elektrik şəbəkəsində aparılacaq planlı təmir işləri ilə əlaqədar tətbiq ediləcək.

Ağdaş

Ağdaş rayonunda elektrik enerjisinin verilişində məhdudiyyət 10:00-dan 13:00-dək davam edəcək.

Fasilə Yuxarı Zeynəddin kəndini, həmçinin Ağdaş şəhərində bir sıra küçələrin müəyyən hissələrini əhatə edəcək.

Göyçay

Göyçay şəhərində isə elektrik enerjisinin verilişi 10:00-dan 15:00-dək məhdudlaşdırılacaq.

Fasilənin Məhəmməd Əmin Rəsulzadə, Məhəmmədhüseyn Şəhriyar və Nizami Gəncəvi küçələrinin bəzi hissələrində olacağı bildirilir.

Yevlax

Yevlax rayonunda planlı fasilə 10:00-dan 16:00-dək nəzərdə tutulub.

Məhdudiyyət Aşağı Bucaq, Ərəş, Xaldan, Qaraoğlan, Qəribli, Quşçu və Yuxarı Bucaq kəndlərinin bəzi ərazilərini əhatə edəcək.

Bildirilib ki, təmir işləri başa çatdıqdan sonra elektrik enerjisinin verilişi mərhələli şəkildə bərpa olunacaq.

Günel GÜNTAC

Bizi izləyin və paylaşın