Biləsuvar Olimpiya İdman Kompleksində Karatenin Qocyu-ryu növü üzrə uşaq və yeniyetmələr arasında Açıq Rayon Birinciliyi təşkil olunub.
ELAZ.İNFO xəbər verir ki, Ümummilli Lider Heydər Əliyevin xatirəsinə həsr olunan yarış Şirvan-Salyan Regional Gənclər və İdman İdarəsinin Biləsuvar rayonu üzrə gənclər və idman sektoru ilə Azərbaycan Karate Federasiyasının birgə təşkilatçılığı ilə baş tutub.Tədbirdə Biləsuvar rayonu üzrə gənclər və idman sektorunun müdiri Azad Quliyev, Azərbaycan Karate Federasiyasının nümayəndələri və idmançılar iştirak ediblər.
Gərgin və maraqlı mübarizə şəraitində keçən birincilikdə Bakı şəhərinin 3 komandası, eləcə də Sumqayıt, Cəlilabad, Hacıqabul və Biləsuvar komandalarından müxtəlif yaş və çəki dərəcələri üzrə 100-ə yaxın idmançı öz qüvvəsini sınayıb. Yarışların yekununda müvafiq dərəcələr üzrə fərqlənən və qalib gələn idmançılar diplom və medallarla təltif olunublar.
Ruslan MƏMMƏDOV


