“Qərb bürokratiyanı bir kənara qoyub zərbələrdən qorunmağımıza kömək etməlidir”

Ukrayna Prezidenti Volodimir Zelenski rəsmi “Facebook” səhifəsində növbəti videomüraciətini paylaşaraq Rusiyanın mülki obyektlərə endirdiyi şiddətli zərbələr və ölkəsinin Hava Hücumundan Müdafiə (HHM) sistemlərinə olan kəskin ehtiyacı barədə vacib bəyanatlarla çıxış edib.

ELAZ.İNFO xəbər verir ki, Ukrayna dövlət başçısı mülki əhalini və yaşayış məntəqələrini Rusiyanın raket hücumlarından qorumaq üçün tərəfdaş ölkələrlə gecə-gündüz iş aparıldıqlarını bildirib.

Zelenski öz bəyanatında vurğulayıb:”Biz müttəfiqlərimizlə birgə Rusiyanın bu cür dəhşətli və birbaşa dinc insanların həyatına, mülki obyektlərə yönəlmiş zərbələrindən müdafiə olunmaq üçün HHM raketlərinin tədarükü istiqamətində bütün imkanlarımızı səfərbər etmişik. Bu gün НАТО-nun Baş katibi Mark Rutte ilə mövcud vəziyyəti ətraflı müzakirə etdim. Mark təhdidlər haqqında kifayət qədər məlumatlıdır. Biz hazırda lazımi raket imkanlarına və yardım gücünə malik olan ölkələrlə əlaqəli şəkildə fəaliyyətimizi koordinasiya edirik.”

Ukrayna lideri Qərb tərəfdaşlarını qərar qəbuletmə prosesini sürətləndirməyə çağırıb:”Bütün bürokratik maneələr aradan qaldırılmalı və təcili siyasi qərarlar qəbul edilməlidir. Avropa və ABŞ-dakı tərəfdaşlarımızın nümayiş etdirdiyi qətiyyət hər gün burada — Ukraynada insanların həyatını xilas edir. Çıxış yolları axtardığına və lazımi təchizatı təmin etmək üçün Ukrayna ilə çiyin-çiyinə çalışdığına görə Mark Rutteyə minnətdaram. Əlaqədə qala

Ruslan MƏMMƏDOV

Bizi izləyin və paylaşın