ELAZ.İNFO xəbər verir ki, Ukraynanın xarici işlər naziri Andriy Sıbiha bazar ertəsi X sosial şəbəkəsindəki paylaşımında İrana qarşı sərt mövqe sərgiləyib.
Xarici işlər naziri Xəzər dənizində İran gəmisinə edilən hücumla bağlı Abbas Əraqçinin təhdidlərinə cavab olaraq bildirib ki, İranın özünü “qurban” kimi təqdim etməyə haqqı yoxdur.
Naziri Andriy Sıbiha bazar ertəsi X sosial şəbəkəsində paylaşdığı açıqlamada İranı “Rusiyanın Ukraynaya qarşı təcavüzünün birbaşa şəriklərindən biri” adlandırıb və Tehranı Moskvaya silah tədarük etməkdə ittiham edib.
O, paylaşımında yazıb: “İran özünü qurban kimi göstərmək mövqeyində deyil. BMT Nizamnaməsinə gülünc istinadlarla öz təhdidlərini əsaslandırmağa isə heç cəhd göstərməməlidir.”
Aydan


