ELAZ.İNFO xəbər verir ki, Prezident Ərdoğan məsələyə müdaxilə edir
Məhəmməd Salahın “Beşiktaş”a mümkün transferi ilə bağlı bir iddia gündəmə gəlib. Bildirilir ki, klub prezidenti Serdal Adalının ulduz futbolçunun meneceri Rami Abbas ilə mühüm bir görüş keçirməsi gözlənilir və Prezident Rəcəb Tayyib Ərdoğan da prosesi yaxından izləyir.
Doğan Gündoğdunun məlumatına görə, Serdal Adalının Məhəmməd Salahın meneceri Rami Abbas ilə görüşəcəyi gözlənilir. Qeyd olunur ki, bu görüşdə transferin bütün təfərrüatları müzakirə ediləcək.
Hesab edilir ki, əgər danışıqlar müsbət nəticələnərsə, transferin qarşısındakı əsas maneələr böyük ölçüdə aradan qaldırıla bilər.
Salahın transferi ilə bağlı diqqətçəkən daha bir məqam ortaya çıxıb. Doğan Gündoğdunun verdiyi məlumata görə, Prezident Ərdoğan bu potensial transferi yaxından izləyir; belə ki, bu transferin Türkiyənin beynəlxalq miqyasda tanıdılmasına töhfə verə biləcəyi düşünülür.
Sənan Altay


