ELAZ.İNFO xəbər verir ki, ABŞ Prezidenti Donald Tramp deyib ki, Husilər yenidən gəmilərə hücum etsə, buna görə İran məsuliyyət daşıyacaq.
Donald Tramp bu barədə “Truth Social” sosial şəbəkəsində paylaşım edib.
“Bir il əvvəl ABŞ husilərin ticarət və kommersiyaya mane olmaq üçün gəmilərə hücum etməsinə görə onlara çox güclü zərbələr endirdi. O vaxtdan bəri və İranla münaqişəmiz dövründə onlar kifayət qədər məsuliyyətli davranıblar. Təəssüf ki, ötən gecə iki Səudiyyə Ərəbistanı gəmisinə atəş açmaqla yenidən buna başlayıblar. Husilər İranın dəstəklədiyi qüvvədir. Belə hal yenidən baş verərsə, İrana və əlbəttə ki, husilərin özlərinə qarşı ciddi hərbi cəza tədbirləri görüləcək. İndiyədək peşəkar və ağıllı davrandıqları halda yenidən bu yola qayıtmalarından məyusam”, – deyə Tramp əlavə edib.
Natəvan Bəydili


