Allah Hafiz müəllimə can sağlığı versin. Bir də bu Milli Mətbuat Günü münasibətilə təxminən 3 il bundan əvvəl brifinqlərinin birində nazirə birbaşa “Hər şeydən danışırsız, ancaq heç nə demirsiniz” deyərək iradını bildirmiş jurnalistin peşə bayramını təbrik edir və uğurlar arzulayıram.
İndi gələk bu məlum videoya. “Sertifikatlaşdırma 90 faizə yaxın insanın(müəllimin) həyatını daha yaxşı edib” deyə səslənən fikirdə “daha” köməkçisi nitq hissəsi qüvvətləndirici ədatdır. Əsas məqsəd cümlədə çoxaltma dərəcəsi yaradaraq əlamətin, keyfiyyətin üstün, normadan çox olduğunu bildirməkdir. Belə çıxır ki, müəllimlərin həyatı yaxşı idi, sertifikasiya gəlib bu halı daha yaxşı elədi?!
Zəhmət olmasa, deyin görək onsuz da maddi durumu çətin olan müəllim bu geyim formasını hansı gəlirlə almalıdır, nəzərə almaq lazımdır ki, məktəb ərəfəsi müəllimlərin vəziyyəti ürəkaçan olmur, həm müəllim də valideyndir, məktəbə gedən övladına məktəbli forması və ləvazimatlar almalıdır. Yenə tələbəlikdən, 5-6 il əvvəldən aldığı ağ köynəyini “əşşi cəhənnəm, bu il də birtəhər geyinib uşaqlardan imkan olsa gələn il yenisini alaram” deyib məktəbə gedirdi…
Roman Tağıyev


