ELAZ.İNFO xəbər verir ki, Vsevolojsk şəhərində polimer materiallarının istehsalı müəssisələrinin yerləşdiyi “Ladoga” industrial parkında yanğın baş verib. Fövqəladə Hallar Nazirliyi (FHN) anbar və istehsalat təyinatlı binanın alovlandığını təsdiqləyib.
Yanğının sahəsi təxminən 6 min kvadratmetr təşkil edib.Hadisənin başvermə səbəbləri hələlik məlum deyil. Əraziyə FHN-in yanğınsöndürmə briqadaları və xüsusi texnikası cəlb olunub.
Ruslan MƏMMƏDOV


