Pekin və Banqkok arasında diplomatik, iqtisadi və xüsusilə texnoloji sahədə tərəfdaşlıq yeni mərhələyə qədəm qoyur. Hər iki ölkə müasir çağırışlara birgə cavab vermək və regional inkişafı sürətləndirmək üçün texnoloji inteqrasiyanı dərinləşdirmək niyyətindədir.
ELAZ.İNFO xəbər verir ki, Çin və Tailand “məhsuldar ortaq gələcək” modelini irəli sürmək məqsədilə yüksək texnologiyalar, rəqəmsal iqtisadiyyat və innovasiyalar sahəsində əməkdaşlığı genişləndirməyi hədəfləyirlər. İki ölkə arasında nəzərdə tutulan strateji tərəfdaşlıq bir neçə kritik sahəni əhatə edir: Rəqəmsal alətlərin, süni intellekt texnologiyalarının və böyük məlumatların (Big Data) dövlət və özəl sektora tətbiqi;Elektrikli nəqliyyat vasitələrinin (EV) istehsalı, batareya texnologiyaları və alternativ enerji mənbələrinin inkişafı; G/6G şəbəkələrinin genişləndirilməsi və kosmik tədqiqatlar sahəsində təcrübə mübadiləsi;
Birgə elmi-tədqiqat mərkəzlərinin yaradılması və yüksək texnologiyalı istehsal zəncirlərinin inteqrasiyası. Tailandın Cənub-Şərqi Asiya Regionunda (ASEAN) mühüm haba çevrilmək istəyi Çinin qlobal texnoloji təşəbbüsləri ilə üst-üstə düşür. Bu addım regional sabitliyə və hər iki ölkənin iqtisadi artımına müsbət töhfə verəcək.
Ruslan MƏMMƏDOV


