Salyan rayonunda ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib. Hadisə zamanı dünyasını dəyişənlərin və xəsarət alanların şəxsiyyəti müəyyənləşdirilib.
ELAZ.İNFO xəbər verir ki, qəza nəticəsində rayonun Şorsulu kənd sakinləri: Əhmədov Elnur Faiq oğlu (1987-ci il təvəllüdlü), Qasımov İlkin Qismət oğlu (1987-ci il təvəllüdlü), Qasımov Nizami Həsənağa oğlu (1963-cü il təvəllüdlü) həyatını itiriblər.Hadisə zamanı müxtəlif dərəcəli bədən xəsarətləri alan Hümbətov Əlifağa Elsevər oğlu (2003-cü il təvəllüdlü) və Əsədov Vüqar Tahir oğlu (1972-ci il təvəllüdlü) isə dərhal xəstəxanaya yerləşdiriliblər. Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.
Ruslan MƏMMƏDOV


