Daxili İşlər Nazirliyi tərəfindən ölkə ərazisində ictimai qaydanın qorunması, cinayətkarlığa qarşı mübarizə və qanunsuz dövriyyədən silah-sursatın, narkotik vasitələrin çıxarılması istiqamətində növbəti uğurlu əməliyyat-axtarış tədbirləri keçirilib.
ELAZ.İNFO xəbər verir ki, keçirilmiş tədbirlər nəticəsində operativ şəraitin nəzarətdə saxlanılması və müxtəlif cinayət əməllərinin qarşısının alınması istiqamətində mühüm nəticələr əldə olunub: Ümumilikdə 33 cinayətin üstünün açılması təmin edilib ki, bunlardan 29-u cari, 4-ü isə əvvəlki dövrlərdən bağlı qalmış cinayətlərdir. Cinayət törətməkdə şübhəli bilinən 30 şəxs, eləcə də müxtəlif əməllərə görə axtarışda olan 108 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib. Axtarışda olanlardan 75-i borclu şəxs, 13-ü isə dələduzluq əməllərinə görə gəzən şəxslərdir. Narkotiklərlə bağlı 7 fakt aşkarlanıb. Qanunsuz dövriyyədən 11,7 kiloqramdan artıq narkotik vasitə (8,3 kq-dan artıq marixuana, 2 kq-a yaxın heroin, 1,4 kq-dan artıq tiryək) götürülüb. Həmçinin, 852 ədəd yabanı halda bitən çətənə kolu aşkarlanaraq məhv edilib. Silahla bağlı 2 fakt üzrə 2 odlu silah (1 avtomat və 1 tüfəng) ilə birlikdə 250 ədəd müxtəlif çaplı patron müsadirə olunub. Faktlar üzrə müvafiq təhqiqat və istintaq tədbirləri davam etdirilir.
Ruslan MƏMMƏDOV


