Azərbaycanın çoxəsrlik tarixini, mədəniyyətini və fəlsəfəsini özündə yaşadan qədim xalçaçılıq sənəti nəsildən-nəslə ötürülərək bu gün də dünyanı heyran qoymağa davam edir. Hər bir ilməsi bir hekayə danışan, hər bir naxışı dərin bir irsi gələcəyə daşıyan milli xalçalarımız indi xüsusi bir məkanda bir araya gəlib.
ELAZ.İNFO xəbər verir ki, paytaxtda əsl Azərbaycan xalçaçılıq sənətinin incilərini təqdim edən yeni unikal şourum fəaliyyətə başlayıb. Bu məkan çoxəsrlik sənətkarlıq ənənələrini və unudulmaz əl işlərini bir dam altında birləşdirir. Şourumda sərgilənən hər bir xalça Azərbaycanın istedadlı qadın sənətkarları tərəfindən tamamilə əllə toxunub.
Məkana təşrif buyuran qonaqlar və şəhərimizin sakinləri aşağıdakı unikal məhsullarla yaxından tanış ola bilərlər: İstər peşəkar kolleksiyaçı olun, istər interyer dizaynı həvəskarı, istərsə də dünyanın ən qədim toxuculuq ənənələrindən biri ilə yaxından maraqlanan sadə bir qonaq – bu qapılar hər kəsin üzünə həmişə açıqdır.
Şourum hər gün saat 10:00-dan 19:00-dək ziyarətçilərini gözləyir. Hər bir ilmənin hekayəsini hiss etmək və əsl sənət əsərlərini canlı görmək üçün bu möhtəşəm məkana dəvətlisiniz. Xoş gəlmisiniz!
Ruslan MƏMMƏDOV


