Krım sakini Rusiya ərazisinə raket zərbələri endirmək çağırışlarına görə 6.5 il həbs cəzası alıb

İnternetdə Rusiya ərazisinə raket zərbələri endirməyə çağıran 55 yaşlı Krım sakini məhkəmənin qərarı ilə 6 il 6 ay müddətinə ümumi rejimli cəzaçəkmə müəssisəsində həbs cəzasına məhkum edilib. ELAZ.İNFO xəbər verir ki, bu barədə məlumat Rusiya Federal Təhlükəsizlik Xidmətinin (FSB) regional mətbuat xidməti tərəfindən yayılıb.

Rusiyanın rəsmi informasiya agentliyinin verdiyi xəbərə görə, müvafiq hökm Cənub dairə hərbi məhkəməsi tərəfindən çıxarılıb. Məhkəmə instansiyasının qərarı ilə təqsirləndirilən şəxs, həmçinin 2 il 6 ay müddətinə internet şəbəkəsində veb-saytların, forumların, çatların və qrupların idarə edilməsi (inzibatçılığı) ilə bağlı fəaliyyətlə məşğul olmaq hüququndan da məhrum edilib.

İstintaq zamanı müəyyən olunub ki, həmin Krım sakini sosial şəbəkə icmalarından birində “Ajtmar Ajtmarov” gizli təxəllüsündən istifadə edərək Rusiya ərazisinə hərbi zərbələrin endirilməsini tələb edən rəy (komment) paylaşıb. Məhkəmə tərəfindən təyin edilmiş linqvistik ekspertiza rəydə terror fəaliyyətinə açıq çağırışların mövcudluğunu təsdiqləyib. Qanunsuz fəaliyyətin qarşı sərhəd xidmətinin əməkdaşları tərəfindən alınıb.

Qlobal siyasi və hərbi gərginlik fonunda sosial şəbəkələrdə daxil edilən bu qəbildən olan statuslar və çağırışlar, müxtəlif dövlətlərin qanunvericiliyinə əsasən çox ciddi cinayət məsuliyyəti yaradır.

Ruslan MƏMMƏDOVİnternetdə Rusiya ərazisinə raket zərbələri endirməyə çağıran 55 yaşlı Krım sakini məhkəmənin qərarı ilə 6 il 6 ay müddətinə ümumi rejimli cəzaçəkmə müəssisəsində həbs cəzasına məhkum edilib.

ELAZ.İNFO xəbər verir ki, bu barədə məlumat Rusiya Federal Təhlükəsizlik Xidmətinin (FSB) regional mətbuat xidməti tərəfindən yayılıb. Müvafiq hökm Cənub dairə hərbi məhkəməsi tərəfindən çıxarılıb. Məhkəmə instansiyasının qərarı ilə təqsirləndirilən şəxs, həmçinin 2 il 6 ay müddətinə internet şəbəkəsində veb-saytların, forumların, çatların və qrupların idarə edilməsi (inzibatçılığı) ilə bağlı fəaliyyətlə məşğul olmaq hüququndan da məhrum edilib.

İstintaq zamanı müəyyən olunub ki, həmin Krım sakini sosial şəbəkə icmalarından birində “Ajtmar Ajtmarov” gizli təxəllüsündən istifadə edərək Rusiya ərazisinə hərbi zərbələrin endirilməsini tələb edən rəy (komment) paylaşıb. Məhkəmə tərəfindən təyin edilmiş linqvistik ekspertiza rəydə terror fəaliyyətinə açıq çağırışların mövcudluğunu təsdiqləyib. Qanunsuz fəaliyyətin qarşı sərhəd xidmətinin əməkdaşları tərəfindən alınıb.

Qlobal siyasi və hərbi gərginlik fonunda sosial şəbəkələrdə daxil edilən bu qəbildən olan statuslar və çağırışlar, müxtəlif dövlətlərin qanunvericiliyinə əsasən çox ciddi cinayət məsuliyyəti yaradır.

Ruslan MƏMMƏDOV

Bizi izləyin və paylaşın