ABŞ-dan Türkiyəyə mühüm hərbi dəstək

ABŞ və Türkiyə arasında hərbi-texniki əməkdaşlıq sahəsində mühüm bir addım atılıb. Vaşinqton və Ankara arasındakı bəzi siyasi fikir ayrılıqlarına və Konqres daxilindəki etirazlara baxmayaraq, Ağ Ev ikitərəfli hərbi müqavilələrin icrasını irəliyə aparmaqda qərarlıdır.

ELAZ.İNFO xəbər verir ki, ABŞ Prezidenti Donald Trampın administrasiyası Türkiyəyə 700 milyon dollardan çox dəyəri olan reaktiv təyyarə mühərriklərinin satışı barədə niyyətini rəsmi şəkildə Konqresə bildiriş edib. Bu barədə məlumat iki etibarlı mənbəyə və rəsmi bildirişin surətinə əsasən yayılıb.

Qeyd olunmalıdır ki, mühərriklərin satışı planı ABŞ qanunvericiləri arasında ciddi müzakirələrə səbəb olub. Bəzi konqresmenlər, Türkiyənin 2019-cu ildə Rusiyadan əldə etdiyi müdafiə sistemlərinə hələ də sahib olmasını əsas gətirərək bu sövdələşməyə qarşı çıxıblar. Buna baxmayaraq, Tramp administrasiyası mühüm hərbi satışı reallaşdırmaq xəttini davam etdirir.

Ruslan MƏMMƏDOV

Bizi izləyin və paylaşın