Lukaşenko uzunmüddətli ezamiyyətdədir və Vladimir Putinlə görüşü planlaşdırılıb

ELAZ.İNFO xəbər verir ki, Zelenskinin Lukaşenkoya verdiyi ultimatumun, daha doğrusu bir həftəlik müddətin vaxtı yaxınlaşır

Ukrayna mediasına görə Aleksandr Lukaşenko sərhədyanı rayonların sakinlərinə təşvişə düşməməyi tövsiyə edib və ölkədən ayrılıb.

Məlumata görə, Volodimir Zelenskinin Qomel və Brest vilayətlərindəki retranslyatorlarla bağlı ultimatumundan sonra Lukaşenko gərgin dövrü xarici səfərdə keçirməyə qərar verib. O, Qomel vilayətinin qubernatoru İvan Krupko vasitəsilə sakinlərə çatdırıb ki, guya istənilən təcavüzkarın hücumunu dəf etmək üçün kifayət qədər qüvvə və vasitə var.
Yəni sərhədyanı bölgələrdə yaşayan insanlara sakit qalmaq, onun sözünə inanmaq və əlavə suallar verməmək tövsiyə olunur.

Aydan

Bizi izləyin və paylaşın