ELAZ.İNFO xəbər verir ki “Ekoloji təmiz dünya naminə icmaların maarifləndirilməsi və davamlılığının təşkili” layihəsi çərçivəsində Aşağı Cürəli və Əsgərabad icmalarının sakinləri ilə maarifləndirici görüş təşkil edilib.
Layihə Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maaliyə dəstəyi ilə həyata keçirilir.
Layihəni Biləsuvarda Qadınların Sosial İnkişafına Dəstək İctimai Birliyi icra edir.
Görüşlərin əsas məqsədi ətraf mühitin mühafizəsi, ekoloji problemlərin həlli istiqamətində ictimai iştirakçılığın gücləndirilməsi və icmaların davamlı inkişaf prosesinə fəal şəkildə cəlb olunması olub. Tədbir zamanı iştirakçılara ekoloji tarazlığın qorunması, yaşıllıq sahələrinin artırılması, tullantıların düzgün idarə olunması və təbii resurslardan səmərəli istifadə mövzularında ətraflı məlumat verilib.
Görüşdə həmçinin icmaların üzləşdiyi ekoloji çağırışlar müzakirə olunub, yerli əhalinin fikir və təklifləri dinlənilib. İştirakçılar ətraf mühitin qorunması istiqamətində birgə fəaliyyətin vacibliyini vurğulayaraq, gələcəkdə həyata keçiriləcək yaşıllaşdırma və maarifləndirmə tədbirlərində fəal iştirak etməyə hazır olduqlarını bildiriblər.
Layihə çərçivəsində təşkil olunan görüş qarşılıqlı fikir mübadiləsi və əməkdaşlığın genişləndirilməsi baxımından əhəmiyyətli olub, icma üzvlərinin ekoloji məsuliyyətinin artırılmasına və davamlı inkişaf prinsiplərinin təşviqinə töhfə verib.
Təbiətin qorunması hər birimizin məsuliyyətidir. Daha yaşıl və sağlam gələcək naminə birgə fəaliyyət göstərməyə davam edirik!
Sevinc Qasımova
