Türk Dövlətləri Təşkilatının Rəqəmsal İqtisadiyyat Tərəfdaşlığı Sazişi tamamlanıb

ELAZ.İNFO xəbər verir ki, Türkiyə, Türk Dövlətləri Təşkilatına (TDT) üzv ölkələr arasında imzalanmış “Rəqəmsal İqtisadiyyat Tərəfdaşlığı Sazişi”nin daxili təsdiq prosedurlarını tamamlayıb.

Türkiyənin Ticarət Nazirliyi bildirib ki, sazişin təsdiqinə dair qanun iyunun 23-də ölkənin Rəsmi Qəzetində dərc olunub.

Nazirliyin açıqlamasına görə, Türkiyə bu addımla Azərbaycan və Özbəkistandan sonra sazişin daxili təsdiq prosesini başa çatdıran üçüncü TDT üzvü olub.

Aydan

Bizi izləyin və paylaşın