İran Prezidenti Məsud Pezeşkian Pakistana rəsmi səfərə gedib

Yaxın Şərq və Cənubi Asiya regionunda diplomatik aktivlik artmaqda davam edir. Dövlət rəhbərlərinin qarşılıqlı səfərləri regional təhlükəsizlik və iqtisadi əməkdaşlıq platformalarının gücləndirilməsində mühüm rol oynayır.

ELAZ.İNFO xəbər verir ki, İran Prezidenti Məsud Pezeşkian Pakistanın paytaxtı İslamabadda səfərdədir. Bu barədə məlumatı “Mehr” informasiya agentliyi yayıb.

Məlumata görə, ali qonağı İslamabadda Pakistan Prezidenti Asif Əli Zərdari və Baş nazir Şahbaz Şərif qarşılayıb. Bildirilib ki, bu səfər məhz Pakistanın Baş naziri Şahbaz Şərifin rəsmi dəvəti əsasında reallaşıb.

Səfərdən öncə mətbuata açıqlama verən Məsud Pezeşkian qeyd edib ki, sözügedən səfər Pakistan hökumətinin İran və ABŞ arasında anlaşma memorandumunu əlaqələndirmək və yekunlaşdırmaq üçün göstərdiyi böyük səylərin tərkib hissəsidir.

Ruslan MƏMMƏDOV

Bizi izləyin və paylaşın