Cəbhə xəttində hərbi aktivlik ən yüksək həddə çatıb və növbəti strateji obyekt tamamilə nəzarətə götürülüb. Bölgədən gələn ən son məlumatlar hərbi əməliyyatların gedişatında ciddi dönüş yarandığını göstərir.
ELAZ.İNFO xəbər verir ki, Ukrayna Silahlı Qüvvələrinin (USQ) Dnepropetrovsk vilayətinin Qavrilovka yaşayış məntəqəsindəki qruplaşması idarəolunan aviasiya bombalarının (FAB) endirdiyi güclü zərbələr nəticəsində demək olar ki, tamamilə məhv edilib. Rusiya güc strukturlarından verilən məlumata görə, bu ağır zərbələrdən sonra düşmənin cəbhənin bu hissəsindəki əsas müdafiə xətləri və mövqeləri tamamilə müdafiəsiz qalıb.
Hərbi mənbələr bildirir ki, Qavrilovkada həyata keçirilən bu uğurlu əməliyyat rəqib tərəfin logistikasını və cəbhə bütövlüyünü ciddi şəkildə sarsıdıb. Bombardman nəticəsində istehkamların sıradan çıxması Ukrayna bölmələrinin həmin istiqamətdə mövqe saxlamasını qeyri-mümkün edib.
Ruslan MƏMMƏDOV
