Rusiya ticarət şəbəkələri yanacaqla bağlı vəziyyətdə logistikanın dayanıqlığını qoruyub saxlayır

ELAZ.İNFO xəbər verir ki, Rusiyanın iri ticarət şəbəkələri ölkədəki yanacaq bazarı ilə bağlı mövcud vəziyyətdə öz logistika sistemlərinin dayanıqlığını tam qoruyub saxlayırlar. Bu barədə Omukanallı Pərakəndə Ticarət Şirkətləri Assosiasiyasının (AKORT) sədri Stanislav Boqdanov beynəlxalq “Rusiya Riteyl Həftəsi” Forumu çərçivəsində məlumat verib.

Assosiasiya rəhbəri bildirib ki, federal ticarət şəbəkələri öz daxili logistika, marşrutlaşdırma və paylayıcı infrastrukturunu mütəmadi inkişaf etdirirlər. Məhz bu səbəbdən yanacaq faktoru şəbəkələrin əməliyyat proseslərinə, bir qayda olaraq, minimum dərəcədə təsir göstərir. Bu cür güclü infrastruktur iri pərakəndə satış sektoruna logistik prosesləri cari şəraitə asanlıqla adaptasiya etmək imkanı yaradır.

Rusiya Baş nazirinin müavini Aleksandr Novak daxili yanacaq bazarının sabitliyini və dayanıqlığını təmin etmək məqsədilə aidiyyəti qurumlara mövcud tənzimləmə mexanizmlərini nəzərə alan balanslaşdırılmış tədbirlər planı hazırlamağı tapşırıb.

Ruslan MƏMMƏDOV

Bizi izləyin və paylaşın