Yəmən Nümayəndələr Palatasının sədri Sultan Səid əl-Bərkani Azərbaycana işgüzar səfərə gəlib.
ELAZ.İNFO xəbər verir ki, səfərin əsas məqsədi Bakıda keçiriləcək İslam Əməkdaşlıq Təşkilatına üzv dövlətlərin Parlament İttifaqının 20-ci sessiyasında iştirak etməkdir.
Səfər çərçivəsində Sultan Səid əl-Bərkaninin bir sıra ikitərəfli görüşlər keçirməsi və konfransın gündəliyində duran məsələlərin müzakirəsində iştirakı nəzərdə tutulur.
ELAZ.İNFO
