Baş nazir terrorla qətlə yetirilib

ELAZ.İNFO xəbər verir ki, 106 il əvvəl bu gün Azərbaycan istiqlal tarixinin parlaq simalarından biri, Cumhuriyyətimizin ilk Baş naziri Fətəli xan Xoyski terrorla qətlə yetirilib.
1918-ci il dekabrın 7-də Cümhuriyyət parlamentinin açılışında “heç yuxumuza da girməzdi ki, biz müstəqil dövlət olacağıq” deyən gün onun 43 yaşı tamam olurdu. İki il sonra “Daşnaksütyun” partiyaslna bağlı terror qrupunun qurbanı oldu.
Fətəli xan 1875-ci ildə Şəkidə doğulub.
Atası İskəndər xan Xoyski Rusiya İmperiyasının Kazak leyb-qvardiya alayının general leytenantı idi, anası isə Xoy və Şəki sahibkar xanların nəslindəndir. Ulu babası məşhur Xoylu Cəfərqulu xandır.
F.X.Xoyski Yelizavetpol (Gəncə) gimnaziyasını bitirdikdən sonra Moskva Dövlət Universitetinin hüquq fakültəsinə daxil olub. 1897-ci ildə oranı bitirdikdən sonra Kutaisi, Zuqdidi və Süxumidə məhkəmə sustemində çalışıb. Fətəli xan Yelizavetpol quberniyasından Rusiya imperiyasının II Dövlət dumasına müstəqil millət vəkili seçildikdən sonra siyasi fəaliyyətə başlayır, müxtəlif yüksək vəzifələrdə çalışır.
Şaumyanın başçılıq etdiyi Bakı Kommunasının hakimiyyəti dövründə F.Xoyski bolşeviklərə tabeçilik göstərməyən yeganə təşkilata-Bakı şəhər Dumasına (oktyabr 1917 -aprel 1918) rəhbərlik edib. 1917-ci ilin oktyabrından Zaqfederasiyanın Xalq Maarif komissarı, 1918-ci ilin aprelindən isə Zaqafqaziya hökumətinin Ədliyyə naziri olub.
Azərbaycan Cümhuriyyəti elan olunanda ((28 May 1918) Fətəli xan Xoyski Nazirlər Şurasının sədri, eyni vaxtda Daxili İşlər naziri seçilib. Cümhuriyyətin möhkəmlənib ayaqda qalmasl üçün Nəsib bəy Yusifbəyli ilə müxtəlif vaxtlarda hökumətə məharət və ləyaqətlə başçılıq edib…

Sözardı: Böyük dövlət adamı, millət fədaisi və Cümhuriyyət qurucusu F.Xoyskinin əziz xatirəsini ehtiramla yad edirik.

Aydan

Bizi izləyin və paylaşın