Yağıntılı hava davam edəcək

ELAZ.İNFO Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətinə istinadən bildirir ki, iyunun 17-dək hava şəraitinin bəzi yerlərdə fasilələrlə yağıntılı olacağı gözlənilir. Ayrı-ayrı yerlərdə yağıntının intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi, bəzi dağlıq və dağətəyi rayonlarda isə yağıntının bir qədər güclənəcəyi ehtimalı var.

Yağıntılı hava şəraiti ilə əlaqədar çaylarda sululuğun artacağı, bəzi dağ çaylarından qısamüddətli daşqın və sel keçəcəyi ehtimal olunur.

Bizi izləyin və paylaşın