Yaxın Şərqdə vəziyyət kritikləşməkdə davam edir.
ELAZ.İNFO xəbər verir ki, İranın “Xatəm əl-Ənbiya” mərkəzi qərargahı ABŞ-ın İrandakı ərazilərə təkrarlanan zərbələri səbəbindən Hörmüz boğazında gəmilərin hərəkətini tamamilə dayandırmaq barədə qərar qəbul edildiyini bəyan edib. İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) Hərbi Dəniz Qüvvələri boğazdan keçməyə cəhd edən ən azı iki gəmiyə zərbə endirdiklərini vurğulayıblar.
Bundan əlavə, İranın Hormozqan əyalətində, Sirik şəhəri yaxınlığında bir sıra partlayışlar qeydə alınıb. İranın dövlət teleradio şirkəti IRIB-in məlumatına görə, partlayışların mənbəyi və dəqiq yeri hələlik müəyyən edilməmişdir.
Ruslan MƏMMƏDOV
