ELAZ.İNFO xəbər verir ki, Bahadur Rzayev geniş və beynəlxalq səviyyəli təhsil bazasına malikdir. O, Dövlət İdarəçilik Akademiyasında menecment üzrə bakalavr, İstanbul Universitetində təşkilatların idarəolunması üzrə magistr dərəcəsi almış, həmçinin İngiltərənin Birmingem Universitetində “Səhiyyə siyasəti və idarəolunması” ixtisası üzrə proqram birincisi kimi məzun olmuşdur. Bununla yanaşı, o, 2018–2019-cu illərdə Almaniyanın RWTH Aachen Universitetində liderlik və təşkilati səmərəliliyin artırılması üzrə elmi araşdırmalar aparıb.
B. Rzayev peşəkar fəaliyyəti dövründə bu, vəzifələrdə çalışıb: Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyində departament rəhbəri. Həmin Agentliyin İdarə Heyəti sədrinin müşaviri. TƏBİB-in İcraçı direktorunun müşaviri. Səhiyyə menecmenti, rəqəmsal həllərin tətbiqi və strateji planlaşdırma sahəsində ixtisaslaşan yeni müavin, reabilitasiya xidmətlərinin təşkili və keyfiyyətə nəzarət istiqamətlərində zəngin təcrübəyə sahibdir.
Ruslan MƏMMƏDOV
