Son zəng tədbirlərində məzunların davranışı və məktəb mühitinə uyğunluğu yenidən gündəmə gəlib. Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktor müavini Vəfa Yaqublu məzunları intizamlı olmağa çağırıb.
ELAZ.İNFO xəbər verir ki, Vəfa Yaqublu Real TV-nin “Orta gün” verilişində çıxışı zamanı bildirib ki, şagirdlər “Son zəng”də də özlərini məktəbli etikasına uyğun aparmalıdırlar: “Şagirdlər bu günlərdə də intizam qaydalarına riayət etməli, məktəbli obrazına sadiq qalmalıdırlar.”
Agentlik rəsmisi həmçinin qeyd edib ki, son 10 ildə “Son zəng” tədbirlərinin mahiyyətində dəyişikliklər müşahidə olunub. Onun sözlərinə görə, tədbirin sadə və mənalı bir bayramdan çox, bəzən ifrat “təmtərağa” çevrilməsi tendensiyası narahatlıq doğurur.
Ruslan MƏMMƏDOV
