İranın axşam raket hücumlarından sonra İsrail ordusu İranda hərbi hədəflərə zərbələr endirməyə başlayıb.
ELAZ.İNFO xəbər verir ki, Tehrandakı Mehrabad beynəlxalq hava limanı da daxil olmaqla bir sıra hərbi obyektlər hədəfə alınıb. Tehran, Təbriz, Urmiya, Kermanşah və Şiraz şəhərlərində partlayış səsləri eşidilib.
İsrail ordusu əməliyyatın davam etdiyini açıqlayıb.
Ədalət VERDİYEV
