Uğursuzluq ABŞ-İsrail münasibətlərini gərginləşdirib

İran müharibəsindəki uğursuzluq ABŞ-İsrail münasibətlərini gərginləşdirib.

İranla atəşkəsin şərtləri ilə bağlı Trampla Netanyahu arasında münasibətlər o qədər korlanıb ki, artıq ABŞ İsrailə etibar etmir, hər yerdə onun planlarını pozmağa çalışan İsrail casusu axtarmağa başlayıb.

ELAZ.İNFO xəbər verir ki, 6 iyunda “The New York Times” nəşri ABŞ və İsrail kəşfiyyat xidmətləri arasında gərgin münasibətlərə həsr olunmuş məqalə dərc edib.

ABŞ hərbi kəşfiyyatı İsrail xüsusi xidmətlərini casusluq sahəsində yeni təhlükə hesab edir. Onların Amerikaya qarşı yaratdığı təhlükə hazırda son dərəcə yüksək qiymətləndirilir. İsrail kəşfiyyat orqanları tərəfindən Amerika rəsmilərinin izlənilməsi ilə bağlı getdikcə daha çox təfərrüat ortaya çıxır. İsrailin casusluğu 2021-ci ildən, Co Baydenin prezidentlik müddətinin əvvəlindən etibarən güclənib.

O dövrdə Demokratlar İsrailpərəst konsensusu (hər iki partiyanın İsrailə dəstək məsələsində həmrəy olması) pozmağa və fələstinliləri müdafiə etməyə çalışırdılar. Görünür, bu İsrail üçün dönüş anı oldu: bundan sonra İsrail Amerika ilə münasibətlərin soyuması perspektivinə ciddi baxmağa, onun qarşısını almaq üçün tədbirlər görməyə başladı. İsrail casusları ABŞ hərbi kəşfiyyatının qərargahında dinləmə cihazı yerləşdirməyə cəhd edərkən tutuldu.

Amerikalılara qarşı casusluq cəhdləri Qəzza müharibəsi zamanı davam etdi və Tramp vəzifəyə gəldikdən sonra da dayanmadı. Üstəlik, 2025-ci ildə israillilər ABŞ-ın birinci şəxslərini daşıyan ABŞ məxfi xidmətinin avtomobilinə dinləmə cihazı qoymağa cəhd edərkən tutuldu. Artıq İsrail kəşfiyyatı ABŞ siyasilərinə qarşı adi casusluq cəhdlərində deyil, əməllərində ittiham olunur. Buna, məsələn, Amerikada əldə edilən məxfi məlumatlar əsasında siyasilərin şantaj edilməsi də daxil ola bilər.

İsrail kəşfiyyatı ABŞ-ın Qəzza və İsrail üzrə əsas danışıqçısı Stiv Uitkofu, həmçinin Pentaqonun baş strateqi, hərbi nazirin müavini Elbric Kolbini casusluq hədəfinə götürmüşdü. Kolbi İsrail lobbisini xoşlamir və, ümumiyyətlə, ABŞ siyasətinin prioritetini Yaxın Şərqdən Sakit okean regionuna dəyişmək tərəfdarıdır.

Asif ŞƏFƏQQƏTOV

Bizi izləyin və paylaşın